Bu gün İtaliyanın sabiq baş naziri Silvio Berluskoni vəfat edib.
Sportarena.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb. O. 87 yaşında dünyasını dəyişib. Aprel ayında siyasətçi xroniki leykemiya ilə əlaqəli ağciyər infeksiyasına görə xəstəxanaya yerləşdirilmişdi.
Qeyd edək ki, S.Berluskoni üç dövrdə - 1986-2004, 2006-2008 və 2012-2017-ci illərdə "Milan"ın prezidenti olub. Ümumilikdə, o, düz 25 il klubun prezidenti kimi də fəaliyyət göstərib. Onun prezidentliyinin ilk dövründə "Milan" 4 dəfə UEFA Çempionlar kuboku/Çempionlar Liqasının, 4 dəfə UEFA superkubokunun qalibi olub, 7 dəfə İtaliya çempionu adını qazanıb.