“Real”la anlaşan futbolçu millidən kənarlaşdırıldı

15:52 12 İyun 2023

“Real”ın yeni transferi Çud Bellingem iyun ayında İngiltərə millisinin oyunlarını buraxacaq.

 

Sportarena.az İngiltərə millisinin “Tvitter” hesabına istinadən xəbər verir ki, baş məşqçi Qaret Sautqeyt Bellingemi AÇ-2024-ün seçmə mərhələsində Malta və Şimali Makedoniya ilə keçiriləcək oyunlar üçün heyətindən kənarlaşdırıb.

 

Bellingem Bundesliqanın son turunda – “Maynts”la oyunda dizindən aldığı zədəsini sağaltmaqda davam edir.

 

“Brayton”un müdafiəçisi Luis Dank da zədə səbəbindən İngiltərə yığmasının heyətində yer almayıb.

 

Dortmund “Borussiya”sı Bellingemin “Real”a transferini açıqlayıb.


Digər xəbərlər

Xəbər xətti