Pep Qvardiola 2023/24 və 2024/25 mövsümlərində də “Mançester Siti”ni çalışdıracaq.
Sportarena.az “The Times”-a istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis 2025-ci ilə qədər, yəni hazırkı müqavilənin sonuna kimi klubdakı fəaliyyətini davam etdirmək niyyətindədir.
“Şəhərlilər”in rəhbərliyi Qvardiolanın işini bəyənir və onun üçün lazım olan futbolçuları transfer edəcəklərini bildiriblər.
O, 2016-cı ildən “Mançester Siti”ni çalışdırır.
Qvardiola 2022/23 mövsümündə treblə imza atıb. “Şəhərlilər” onun başçılığı altında İngiltərə Premyer Liqasının, federasiya kubokunun və Çempionlar Liqasının qalibi olub.