Neymar dünyanın ən çox maaş alan futbolçusu ola bilər

19:53 12 İyun 2023

PSJ-nin futbolçusu Neymar tezliklə klubunu dəyişə bilər.

 

Sportarena.az insayder Nikolo Şkiranın "Tvitter" səhifəsinə istinadən xəbər verir ki, "Əl-Hilal" braziliyalı hücumçu ilə ciddi maraqlanır. Səudiyyə Ərəbistanı təmsilçisi Neymara hər mövsüm üçün 250 milyon avro ödəməyə və 3 illik müqavilə təklif etməyə hazırdır.

 

Beləliklə, o, dünyanın ən çox maaş alan futbolçusu ola bilər. Hazırda bu titul hər mövsümdə təxminən 200 milyon avro qazanan "Əl-Əhli"nin hücumçusu Kriştiano Ronaldoya məxsusdur.

 

Ötən mövsüm futbolçu PSJ-də 29 oyuna çıxıb, 18 qol vurub və 16 qolun ötürməsini verib.


Digər xəbərlər

Xəbər xətti