Azarkeşlər Halandı seçdilər

20:23 12 İyun 2023

"Mançester Siti"də 2022/2023 mövsümünün ən yaxşı futbolçusu müəyyənləşib.

 

Sportarena.az xəbər verir ki, klubun saytında azarkeşlər arasında keçirilən səsvermədə Erlinq Haland 1-ci olub. 

 

Norveçli hücumçu 2022/2023 mövsümündə klubu ilə bütün turnirlərdə 52 qol vurub. O, İngiltərə Premyer Liqasının və Çempionlar Liqasının ən yaxşı bombardiri olub.

 

Səsvermədə 2-ci yeri daha əvvəl 4 il ardıcıl ən yaxşı seçilmiş Kevin de Brüyne tutub. 3-cü yerdə  Nathan Ake qərarlaşıb.


Digər xəbərlər

Xəbər xətti