“Çelsi”nin yarımmüdafiəçisi Meyson Maunt “Mançester Yunayted”ə keçməyə yaxındır.
Sportarena.az xarici KİV-ə istinadən xəbər verir ki, 24 yaşlı futbolçunun “qırmızı şeytanlar”a keçməyə hazır olduğu bildirilir.
Mançester təmsilçisi futbolçunu transfer etməkdə israrlıdır. Hətta bu barədə qarşı tərəfə mesaj da göndərilib. “Zadəganlar” Maunt üçün 80 milyon avro istəyir.
İngiltərəli oyunçu 2022/23 mövsümündə “Çelsi”nin heyətində 35 oyuna çıxıb, üç qol vurub və eyni sayda məhsuldar ötürmə verib.