"Arsenal" onu buraxmayacaq

22:57 12 İyun 2023

"Arsenal" hücumçusu Reys Nelsonu komandada saxlayacaq.

 

Sportarena.az "The Sun"a istinadən xəbər verir ki, "topçular" ingiltərəli futbolçunun müqavilə müddətini artıracaq.

 

London klubu 23 yaşlı vingerlə uzunmüddətli müqavilə imzalamağı planlaşdırır. Futbolçu da komandada qalmaq istəyir. Yeni müqaviləyə əsasən o, 2027-ci ilə qədər "Arsenal"a məxsus olacaq. 2022/2023 mövsümündə Nelson "Arsenal"ın heyətində bütün yarışlarda 18 oyuna çıxıb və bu oyunda üç qol vuru, iki məhsuldar ötürmə ilə yadda qalıb.

 

"Arsenal" yetirməsi olan Reys "Hoffenhaym" və "Feyenoord"da icarə əsasında çıxış edib. 


Digər xəbərlər

Xəbər xətti