“Arsenal” “Lester”in belçikalı müdafiəçisi Timoti Kastanla maraqlanır.
Sportarena.az xarici KİV-ə istinadən xəbər verir ki, London klubu 27 yaşlı müdafiəçinin transferi ilə bağlı “Lester”lə danışıqlara başlayıb. Kastan, “Valyadolid”in arxa xətt oyunçusu İvan Fresneda ilə birlikdə sağ cinah müdafiəçisi mövqeyində “Arsenal”ın əsas hədəflərindən biri hesab olunur.
Kastan ötən mövsüm “Lester”in heyətində Premyer Liqada 37 oyuna çıxıb, 2 qol vurub və 3 məhsuldar ötürmə verib.