NBA-da çempion bəlli olub

09:51 13 İyun 2023

Milli Basketbol Assosiasiyasında (NBA) çempion müəyyənləşib.

 

Sportarena.az xəbər verir ki, final mərhələsinin beşinci oyununda "Mayami"ni 94:89 hesabı ilə üstələyən "Denver" titula sahib çıxıb.

 

Beləliklə, komanda ümumi hesabı 4:1 edib və tarixində ilk dəfə NBA çempionu olub.

 

"Denver"in serbiyalı basketbolçusu Nikola Yokic final seriyasının ən yaxşı oyunçusu (MVP) adına layiq görülüb.


Digər xəbərlər

Xəbər xətti