Şuşadakı beynəlxalq basketbol turnirində qalib bu gün müəyyənləşəcək

10:36 13 İyun 2023

3x3 basketbol üzrə dünya qadın seriyasının Şuşa mərhələsinə bu gün yekun vurulacaq.

 

Sportarena.az xəbər verir ki, Macarıstan millisi 1/4 finalda Rumıniya yığması ilə, Almaniya seçməsi isə Yaponiyanın G FLOU klubu ilə üz-üzə gələcək.

 

"Neftçi" klubu yarımfinalda Macarıstan - Rumıniya cütünün qalibi ilə görüşəcək. Niderland komandası isə Almaniya - G FLOU duelinin güclüsü ilə qarşılaşacaq.

 

Qarşılaşmalar saat 13:00-da start götürəcək.


Digər xəbərlər

Xəbər xətti