Hamidu Keyta “Qarabağ”da ilk məşqə çıxıb.
Sportarena.az xəbər verir ki, fransalı futbolçu Ağdam təmsilçisinin dünənki məşq prosesinə qatılıb.
Bugünlərdə “Qarabağ” "Zirə"dən ayrılan Hamidu Keyta ilə 3 illik müqavilə imzalayıb. 28 yaşlı fransalı hücumçu 17 nömrəli formanı geyinəcək.
“Qarabağ” 2022/23 mövsümünə hazırlıq prosesinə hazırlığı birinci mərhələsini iyunun 22-dək Bakıda keçəcək. Komanda hazırlığın ikinci mərhələsi üçün isə Avstriyaya yollanacaq.