PSJ hücumçusu Kilian Mbappeni satışa çıxarıb.
Sportarena.az "The Telegraph"ın jurnalisti Ceyson Bertinin sosial şəbəkə hesablarına istinadən xəbər verir ki, buna səbəb fransalı futbolçunun müqaviləni uzatmaqdan imtina etməsidir.
Paris təmsilçisi və Mbappe arasındakı müqavilədə oyunçunun klubda əlavə bir mövsüm oynaya biləcəyi variant var, lakin hücumçu 2025-ci ilə qədər PSJ-də qalmaq istəmir.
Maraqlıdır ki, klub futbolçunun müqaviləni yeniləmək istəmədiyini Mbappedən deyil, jurnalistlərdən öyrənib.
Qeyd edək ki, Mbappe 2022/2023 mövsümündə Liqa 1-də 34 oyun çıxıb, 29 qol vurub və 5 qolun ötürməsini verib. Onun klubla hazırkı müqaviləsi 2024-cü ilin yayı başa çatır.