Çempionlar Liqası finalının Türkiyəyə qazandırdığı gəlir bəlli olub.
Sportarena.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu haqda Türkiyə Futbol Federasiyasının prezidenti Mehmet Büyükekşi məlumat verib. O, İstanbulda keçirilən 2022/23 mövsümü Çempionlar Liqasının finalının Türkiyəyə nə qədər pul qazandırmasından danışıb.
“Dünyanın hər yerindən finala baxmaq üçün ölkəmizə qonaqlar gəlib. Türkiyə iqtisadiyyatı bu matça görə 200 milyon dollar dəyərində pul qazanıb” - deyə o vurğulayıb.
Xatırladaq ki, iyunun 10-da Çempionlar Liqası - 2022/2023-cü il mövsümünə İstanbulda yekun vurulub. Həlledici oyunda “Mançester Siti" və "İnter" üz-üzə gəlib. İngilislər 1:0 hesabı ilə qalib gələrək turnirin qalibi olublar.