Alleqri "Əl-Hilal"la bağlı qərarını verdi

11:57 13 İyun 2023

"Yuventus"un baş məşqçisi Massimiliano Alleqri "Əl-Hilal"dan (Səudiyyə Ərəbistanı) gələn təkliflə bağlı qərarını verib.

 

Sportarena.az xəbər verir ki, bu barədə "La Gazzetta dello Sport" məlumat yayıb. 

 

 

 İtaliyalı mütəxəssisə hər mövsümə 20 milyon avro qarşılığında 3 il “Əl-Hilal”a baş məşqçilik etmək təklif olunmuşdu. Lakin Alleqri bunu rədd edib. 

 

"Yuventus" da Alleqri ilə əməkdaşlığı davam etdirməyi planlaşdırır. İtaliya çempionatında komanda 62 xalla 7-ci yeri tutub. Turin təmsilçisi növbəti mövsüm Konfrans Liqasında çıxış edəcək.


Digər xəbərlər

Xəbər xətti