Sanço “Tottenhem”ə keçə bilər

12:20 13 İyun 2023

“Tottenhem” “Mançester Yunayted”dən ayrılacağı gözlənilən bir neçə futbolçunu transfer etmək istəyir. Onların arasında keçdi ən çox gözlənilən Ceydon Sançodur.

 

Sportarena.az xəbər verir ki, baş məşqçi Erik ten Haqın düşərgədə görmək istəmədiyi və satılması üçün təlimat verdiyi futbolçu Premyer Liqada qalmaq niyyətindədir. Cinah hücumçusu bir neçə təklif alıb və ən realı məhz London klubundadındır. Komandanın Çempionlar Liqasından kənar qalması onu məmnun etməsə də Sanço məhz burada əsas heyətin daimi üzvü olacağına inanır və keçidə razıdır.

 

İki il öncə Dortmund “Borussya”sından 85 milyon avroya transfer edilən Sançonun klubla 2026-cı ilin yayına kimi müqaviləsi var. 23 yaşlı Yamayka əsilli oyunçunun qiyməti 55 milyon avroya düşüb. “Tottenhem isə onu daha ucuz ala biləcəyi ümidi ilə danışıqlar aparır. Futbolçu Almaniyaya qayıtmaq variantına da ümid edir, lakin “Borussiya” bunda maraqlı deyil.


Digər xəbərlər

Xəbər xətti