“Atletiko”nun futbolçusu Yannik Ferreyra Karrasko karyerasını “Barselona”da davam etdirə bilər.
Sportarena.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, Kataloniya təmsilçisi hücumçu Ferran Torresi sata bilsə, belçikalını transfer etməyə çalışacaq.
“Barsa” ispaniyalı forvardın satışından ən azı 40 milyon avro qazanmağı planlaşdırır.
Karrasko 2022/23 mövsümündə “hindular”ın heyətində 44 oyuna çıxıb, 10 qol vurub və 5 məhsuldar ötürmə edib.