Azərbaycanın yunan-Roma güləşçisi Elmin Əliyev Albaniyanın paytaxtı Tiranada keçirilən U-17 Avropa çempionatında finala yüksələ bilməyib.
Sportarena.az xəbər verir ki, 80 kq çəki dərəcəsində çıxış edən idmançı yarımfinalda Macarıstan təmsilçisi İştvan Şinaya uduzub
48 kq-dakı Elnar Ziyadov eyni raundda gürcüstanlı Yuri Çapidzeyə yenilib.
Hər iki güləşçi sabah bürünc medal uğrunda görüşdə qüvvəsini sınayacaq.