"Barselona"nın futbolçusu Frenki de Yonq bu yay Kataloniya klubundan ayrılmaq fikrində olmadığını bildirib.
Sportarena.az xəbər verir ki, niderlandlı bu barədə İspaniya mətbuatına açıqlamasında deyib:
"Həmişə olduğu kimi özümü "Barsa"da yaxşı hiss edirəm. Hər şey plana uyğun getsə, gələn mövsüm də komandada qalacam. Siz heç vaxt 100% əmin ola bilməzsiniz, amma mən inanıram ki, gələn mövsüm “Barselona”da oynayacam”.
De Yonq ötən mövsüm "Barselona"nın heyətində La Liqada 33 oyuna çıxıb, 2 qol vurub və 4 məhsuldar ötürmə edib. 26 yaşlı futbolçunun xidmətində İngiltərənin bir sıra klublarının, eləcə də "Bavariya"nın maraqlı olduğu bildirilirdi.