Keçmiş hücumçu Zlatan İbrahimoviç “Milan”da işləmək istəmir.
Sportarena.az İtaliya mətbuatına istinadən xəbər verir ki, qarşıdakı illərdə klubun maliyyə məsələləri ilə bağlı dəyişikliklərin olmaq ehtimalı isveçlinin qərarına təsir edib.
Sabiq futbolçu İtaliya çempionatının 38-ci turunun “Milan” – “Verona” (3:1) oyunundan sonra azarkeşlərlə vidalaşıb.
İbrahimoviç İtaliya A Seriyasının son mövsümündə dörd matçda iştirak edib və bir qol vurub.
O, “Barselona”, “Yuventus”, “İnter”, PSJ, “Mançester Yunayted” və “Los Anceles Qalaksi” klublarında da oynayıb.