Seneqallı futbolçu Sadio Mane karyerasını “Əl-İttifaq”da davam etdirə bilər.
Sportarena.az “Sports Zone”-yə istinadən xəbər verir ki, Manenin formasını geyindiyi “Bayern” Səudiyyə Ərəbistanı klubundan sərfəli təklif alıb.
“Əl-İttifaq”ın 2022-ci ilin oktyabrında “Aston Villa”dan qovulan Stiven Cerrardı baş məşqçi təyin etmək istədiyi də bildirilir.
“Bayern” Mane ilə yollarını ayırmaq niyyətindədir. Seneqallı futbolçu artıq PSJ, “Real” və İngiltərə klublarına təklif edilsə də, danışıqlar hələ ki, uğurlu olmayıb.