PSV-də yeni baş məşqçi

16:03 13 İyun 2023

PSV-nin yeni baş məşqçisi müəyyənləşib.

 

Sportarena.az xəbər verir ki, sözügedən komandanı bundan sonra Peter Boş çalışdıracaq.

 

Bu barədə Niderland klubunun rəsmi saytı məlumat yayıb. Eyndhoven təmsilçisi Rud van Nistelroyu əvəz edən niderlandlı mütəxəssislə 3 illik müqavilə bağlayıb.

 

Peter Boş son olaraq Fransanın “Olimpik” (Lion) klubunda baş məşqçi kimi çalışıb. O, 2022-ci ilin oktyabrından işsiz idi.


Digər xəbərlər

Xəbər xətti