“Çelsi” və “İnter” klubları arasında qarşıdakı günlərdə bir neçə futbolçu ilə bağlı danışıqlar baş tutacaq.
Sportarena.az İtaliya mətbuatına istinadən xəbər verir ki, öncə forvard Romelu Lukakunun gələcək taleyi ilə bağlı müzakirələr aparılacaq.
Daha sonra “neradzurra” İngiltərə klubunun müdafiəçisi Xalidu Kulibalini icarəyə götürmək üçün danışıqlar aparmaq niyyətindədir. “Zadəganlar” qapıçı Andre Onananın xidmətində maraqlıdır. Bu məsələ haqda da müzakirələr aparıla bilər.
“Çelsi” 2022/23 mövsümünü İngiltərə Premyer Liqasında 44 xalla 12-ci pillədə başa vurub.
“İnter” isə İtaliya A Seriyasını 72 xalla üçüncü yerdə bitirib. Onlar Çempionlar Liqasının finalında “Mançester Siti”yə uduzublar (0:1).