Estoniyanın 8 futbolçusu millimizə qarşı oynamayacaq

19:52 13 İyun 2023

Estoniya milli komandası Avro-2024-ün seçmə mərhələsi çərçivəsində Bakıda Azərbaycan yığmasının qonağı olacaq.

 

Sportarena.az xəbər verir ki, estonlar ölkəmizə ciddi itkilərlə gələcək. Belə ki, 8 futbolçu millimizlə matçda iştirak edə bilməyəcək.

 

Müdafiəçi Yoonas Tamm şəxsi səbəblərə görə Azərbaycana gəlməyəcək. Sergey Zenyov, Artur Pikk, Maksim Paskoçi, Morko Lipp, Ken Kallaste, Henrik Pürq və Markus Soomets isə zədə səbəbindən komandaya kömək edə bilməyəcək.

 

Qeyd edək ki, Azərbaycan - Estoniya qarşılaşması 17 iyun tarixində saat 20:00-da "Dalğa Arena"da keçiriləcək.


Digər xəbərlər

Xəbər xətti