Güləşçimiz erməni rəqibini məğlub edib finala yüksəldi

20:58 13 İyun 2023

Azərbaycanın yunan-Roma güləşçisi Turan Daşdəmirov Albaniyanın paytaxtı Tiranada keçirilən U-17 Avropa çempionatında finala yüksəlib.

 

Sportarena.az xəbər verir ki, 45 kq çəki dərəcəsində mübarizə aparan idmançımız yarımfinalda ermənistanlı Yurik Mxitaryana 8:0 hesabı ilə qalib gəlib.

 

51 kq-da çıxış edən Əli Seyidəlili isə yarımfinalda macarıstanlı Peter Totoka uduzub - 0:5. O, sabah bürünc medal uğrunda görüşə çıxacaq.


Digər xəbərlər

Xəbər xətti