Çempionlar Liqasında ilkin mərhələnin püşkatması oldu

22:01 13 İyun 2023

Çempionlar Liqasında 2023/2024 mövsümünün ilkin mərhələsinin püşkatma mərasimi baş tutub.

 

Sportarena.az xəbər verir ki, ilkin mərhələnin yarımfinal cütləri bəlli olub. Andorra çempionu “Buduçnost”la, “Tre Penne” isə “Breydablik”lə qarşılaşacaq. Yarımfinal matçları iyunun 27-də, final görüşü isə iyunun 30-da keçiriləcək.

 

Bu mərhələnin qalibi “Qarabağ”ın birinci təsnifat mərhələsindəki potensial rəqibləri arasına daxil olacaq.

 

Əlavə edək ki, birinci təsnifat mərhələsinin püşkatma mərasimi iyunun 20-da baş tutacaq.

Çempionlar Liqası

I təsnifat mərhələsi

“Atletik Eskaldes” (Andorra) – “Buduçnost” (Monteneqro)

“Tre Penne” (San Marino) – “Breydablik” (İslandiya)


Digər xəbərlər

Xəbər xətti