"Qalatasaray"ın hücumçusu Fransada qalacaq

23:09 13 İyun 2023

"Qalatasaray"ın icarə əsasında "Nant"da çıxış edən futbolçusu Mustafa Məhəmməd Fransada qala bilər.

 

Sportarena.az xəbər verir ki, Liqa 1 təmsilçisi misirli hücumçunun 6 milyon avroluq satınalma maddəsini işə salacaq. Bu barədə "L'Équipe" nəşri məlumat yayıb. "Sarı-yaşıllar" 25 yaşlı forvardla uzunmüddətli müqavilə imzalamaq istəyir.

 

Qeyd edək ki, "Nant" Mustafa Məhəmmədi 2022-ci ilin yayında icarəyə götürüb. Misir millisinin üzvü Fransa təmsilçisinin heyətində meydana çıxdığı 51 rəsmi matçda 11 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.


Digər xəbərlər

Xəbər xətti