Ötən mövsümün gedişində ağır zədə alaraq çempionatı erkən başa vuran Lukas Ernandes “Bayern”dən ayrılmaq istəyir. Münhenlilərin zədəli olmasına rəğmən, yeni müqavilə bağlamaq istədiyi, uzun müddət müzakirə aparıb razılaşdığı müdafiəçi indi fikrini dəyişib.
Sportarena.az xəbər verir ki, Fransa millisinin üzvü PSJ-yə keçmək niyyətindədir. Parislilərin əla şərtləri olan təklifi Ernandes üçün vazkeçilməz olub. O, bu gün Bundesliqa çempionunun rəhbərliyi ilə görşərək fikrini çatdırıb (Bild).
“Bayern” komandada qalmaq istəməyən futbolçunu satmaqdan başqa çarə görmür. Lakin münhenlilər transfer üçün 60 milyon avro + bonuslar tələb edir. PSJ şərtləri qəbul etsə, keçid tezliklə rəsmiləşəcək.
27 yaşlı ispan əsilli fransalı “Bayern”ə 2019-cu ildə Madrid “Atletiko”sundan 80 milyon avro qarşılığında gəlib. Onun müqaviləsinin müddəti gələn yay başa çatır.