Ronaldo və Corcina arasındakı ayrılıq müqaviləsi

10:36 14 İyun 2023

"Əl-Nəsr"in məşhur futbolçusu Kriştiano Ronaldo və sevgilisi Corcina Rodriqezlə bağlı yeni məlumatlar ortaya çıxıb. 

 

Sportarena.az xəbər verir ki, bu barədə "TV Guía" məlumat yayıb. Cütlük vaxtilə ayrılıq müqaviləsi imzalayıb. Məlumata görə, sənəd 2017-ci ildə Corcinanın böyük qızı Alana Martinaya hamilə olduğu vaxt imzalanıb. Sənədin hazırlanmasına Ronaldonun meneceri Xorxe Mendeş cavabdeh idi.

 

Bildirilir ki, Ronaldo ilə ayrılacağı təqdirdə Corcinanın Kriştianonun Madriddəki malikanəsini ələ keçirəcək. Bundan əlavə, portuqaliyalı ona ömürlük ayda 100 min avro ödəyəcək.

 

Xəbərdə o da qeyd olunur ki, ötən ilin iyununda yeni doğulan əkizlərdən birinin ölümündən sonra müqavilənin şərtləri dəyişdirilib.


Digər xəbərlər

Xəbər xətti