Ronaldo: "Səudiyyə Ərəbistanına Avropadan çox oyunçu gələcək"

10:54 14 İyun 2023

"Əl-Nəsr"in hücumçusu Kriştiano Ronaldo keçmiş komanda yoldaşı Kərim Benzemanın Səudiyyə Ərəbistanının "Əl-İttihad" klubuna keçidinə münasibət bildirib.

 

Sportarena.az "Fourfourtwo"ya istinadən xəbər verir ki, portuqaliyalı hücumçu Səudiyyə Ərəbistanı çempionatına Avropadan hələ çox oyunçu gələcəyini deyib:

“Benzemanın "Əl-İttihad"a keçməsi məni təəccübləndirmədi, amma bütün dünyada insanların Səudiyyə Ərəbistanı Liqasını izlədiyini görməkdən çox şadam. İnanıram ki, liqa inkişaf etməyə davam edəcək və bura Avropanın liqalarından çox oyunçu gələcək.

Burada azarkeşlər məni inanılmaz qarşıladılar. Hər liqa və ölkə fərqlidir və mən fəxr edirəm ki, üç Avropa liqasında oynamışam və onların hər birində titul qazanmışam. Səudiyyə Ərəbistanının ən diqqətçəkən xüsusiyyəti isti iqlimdir  Ancaq indi buna öyrəşmişəm".

 

Qeyd edək ki, 2022-ci ilin dekabrında "Əl-Nəsr"ə transfer olunan Ronaldo ötən mövsüm Səudiyyə Ərəbistanı Premyer Liqasında 16 oyuna çıxıb, 14 qol vurub və 2 qolun ötürməsini verib.


Digər xəbərlər

Xəbər xətti