Azərbaycan - Estoniya oyununun hakimləri bəlli olub

12:40 14 İyun 2023

Bakıda Azərbaycan və Estoniya milli komandaları arasında keçiriləcək AVRO-2024-ün seçmə mərhələ oyunu üçün təyinatlar açıqlanıb.

 

Sportarena.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşma Çexiyadan olan hakimlər briqadasına həvalə olunub.

 

Baş hakim Andrey Berkaya laynsmanlar qismində İvo Nadvornik və Kamil Hayek yardımçı olacaq. Dördüncü hakim funksiyasını Dalibor Çerni yerinə yetirəcək.

 

Qeyd edək ki, iyunun 17-də "Dalğa Arena"da oynanılacaq Azərbaycan - Estoniya matçı saat 20:00-da başlayacaq.


Digər xəbərlər

Xəbər xətti