Tanınmış klubda yeni baş məşqçi

15:29 14 İyun 2023

"Ayaks"ın yeni baş məşqçisinin adı bəlli olub.

 

Sportarena.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Amsterdam klubu Moris Steynə tapşırılıb.

 

O, 2026-cı il iyuna qədər "Ayaks"a rəhbərlik edəcək. 

 

Steyn bir müddət əvvəl komandadan ayrılan Con Heytinqanı əvəz edib. Niderland nəhənginin yeni baş məşqçisi son olaraq "Sparta"nı (Rotterdam) çalışdırmışdı.


Digər xəbərlər

Xəbər xətti