Türkiyə millisinin üzvü Çağlar Söyüncü zədələnib.
Sportarena.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 27 yaşlı müdafiəçi sağ ayaq əzələsindən zədə alıb. O, Avro-2024-ün seçmə mərhələsində Uels və Latviya ilə görüşləri buraxacaq.
Çağlar yığmanın Riqa səfərindən əvvəl texniki heyətlə və komanda yoldaşları ilə vidalaşaraq düşərgədən ayrılıb.
Qeyd edək ki, Türkiyə iyunun 16-da Latviya, 19-da isə Uels ilə üz-üzə gələcək.