Xorvatiya yığmasının hücumçusu Andrey Kramariç millidəki komanda yoldaşı Luka Modriçdən söz açıb.
Sportarena.az xarici KİV-ə istinadən xəbər verir ki, o, “Real”ın oyunçusunu futbol tarixinin ən böyük futbolçularından biri hesab etdiyini deyib:
“Bir gün övladlarıma Modriçlə eyni komandada çıxış etdiyimizi, bir-birimizə ötürmələr verdiyimizi, qollar vurduğumuzu, eyni paltardəyişmə otağını bölüşdüyümüzü və birlikdə sevindiyimizi deyəcəm. Bu, həqiqətən də, fərqli duyğudur. Çünki Modriç futbol tarixinin ən böyük oyunçularından biridir. Onun haqqında nə qədər danışsam, az olar”.
Bu gün UEFA Millətlər Liqasında “Dördlər finalı” çərçivəsində Niderland – Xorvatiya matçı keçiriləcək. Oyun saat 22:45-də start götürəcək.