“Qalatasaray”ın baş məşqçisi Okan Buruk yayda İngiltərənin “Çelsi” klubundan bir neçə futbolçu transfer etmək istədiklərini diqqətə çatdırıb.
Sportarena.az “Tribal Football”-a istinadən xəbər verir ki, o, Premyer Liqa təmsilçisinin 2022/23 mövsümündəki çıxışından danışıb:
“Çelsi” 2022/23 mövsümündə 20 futbolçu transfer etsə də, mövsümü 13-cü pillədə bitirdi. Söhbət təkcə oyunçu almaqdan getmir. Transfer edilən futbolçuları düzgün oynada bilmək lazımdır. “Çelsi”dən almaq istədiyimiz çoxlu futbolçu var”.
Türkiyəli mütəxəssis, “Mauro İkardi Səudiyyə Ərəbistanına gedəcək” sualını belə cavablandırıb:
“O, pul üçün Səudiyyə Ərəbistanına gedəcək futbolçu deyil”.
Türkiyəli jurnalist Ekrem Konurun sözlərinə görə, İstanbul təmsilçisi London klubundan hücumçular Pyer-Emerik Obameyanq və Kristian Pulişiçi transfer etməyi hədəfləyib.