Kilian Mbappe: “Messi Fransada layiq olduğu hörməti görmədi”

22:27 14 İyun 2023

PSJ-nin hücumçusu Kilian Mbappe keçmiş komanda yoldaşı Lionel Messi haqda danışıb.

 

Sportarena.az xarici KİV-ə istinadən xəbər verir ki, o, argentinalını futbol tarixinin ən böyük oyunçularından biri adlandırıb:

“Messi futbol tarixinin ən böyük oyunçularındandır. Onun kimi futbolçu komandanı tərk edəndə işlər yolunda getmir. Bir məsələni başa düşə və qəbullana bilmirəm: nə üçün bu qədər insan onun komandadan getməsini istəyirdi? O, Fransada layiq olduğu hörməti görmədi”.

 

Messi 2021-2023-cü illərdə Liqa 1 klubunda çıxış edib. O, Paris klubunun heyətində iki dəfə Fransa çempionu və ölkə superkubokunun qalibi olub.

 

Xatırladaq ki, Messi iyunun 7-də “İnter Mayami”yə keçdiyini elan edib.


Digər xəbərlər

Xəbər xətti