“Zenit”in legionerləri “Neftçi” ilə oyunu buraxa bilər

23:01 14 İyun 2023

İyulun 1-15-i aralığında Rusiyada keçiriləcək ənənəvi “Matç TV” turnirinə qatılacaq “Neftçi” ilk oyununu yerli “Zenit” klubuna qarşı keçirəcək.

 

Sportarena.az yerli mətbuata istinadən xəbər verir ki, Sankt-Peterburq klubu Azərbaycan təmsilçisi ilə ilk görüşə yerlilərlə çıxa bilər.

 

Buna səbəb komandanın əcnəbi oyunçularının kollektivə gec qoşulmalarının planlaşdırılmasıdır. Məsələ burasındadır ki, “Zenit” iyunun 23-də ilk məşqə çıxacaq. Ancaq Vilmar Barrios, Mateo Kassierra, Malkolm, Robert Renan və Nurali Alip kimi əcnəbi futbolçular ilk məşqlərdə iştirak etməyəcəklər.

 

Barriosun “Neftçi” ilə qarşılaşmaya yetişməyəcəyi artıq dəqiqdir. Digərlərinin iştirakı hazırlıq səviyyələrindən asılı olacaq. Ancaq Sergey Semak bir neçə günlük məşqin ardından onları riskə atmaq istəmir.

 

Qeyd edək ki, “Neftçi” iyulun 1-də “Zenit”lə, 8-də “Srvena Zvezda” ilə, 15-də isə “Fənərbağça” ilə qarşılaşacaq.


Digər xəbərlər

Xəbər xətti