Futbolçu oyun zamanı dünyasını dəyişdi

23:32 14 İyun 2023

Rusiyanın Tolyatti Futbol Liqasının "Lada" - "Xali-Qali" oyunu zamanı faciəvi hadisə olub.

 

Sportarena.az xəbər verir ki, qonaq komandanın kapitanı Qleb Berezovski matç vaxtı dünyasını dəyişib. 29 yaşlı futbolçu ehtiyat oyunçular skamyasına tərəf gedib, bundan sonra qazona yıxılıb və vəfat edib. Ölümün səbəbləri hələ müəyyən edilməyib.

 

Berezovski Togliattinin “Xali-Qali” həvəskar futbol komandasının kapitanı olub, 208 oyun keçirib, 96 qol vurub, 25 sarı vərəqə alıb, bir dənə də olsun qırmızı vərəqə görməyib.


Xəbər xətti