"Qarabağ"ın Avstriyada bu yay keçiriləcək təlim-məşq toplanışı çərçivəsində rəqiblərindən biri müəyyənləşib.
Sportarena.az xəbər verir ki, Ağdam təmsilçisi Polşa "Legiya"sı ilə qarşılaşacaq. Bu barədə Varşava klubunun saytı məlumat yayıb.
İyulun 1-də keçiriləcək görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
Qeyd edək ki, "Qarabağ" iyunun 22-də hazırlığın ikinci mərhələsi üçün Avstriyaya yollanacaq.
Xatırladaq ki, "Legiya" ötən mövsüm Polşa çempionatını 2-ci pillədə başa vurub və Konfrans Liqasında oynamaq hüququ qazanıb.