Lukaku Səudiyyə Ərəbistanı klubunun təklifini rədd etdi

10:18 15 İyun 2023

Belçika millisinin üzvü Romelu Lukaku Səudiyyə Ərəbistanından gələn təklifi rədd edib.

 

Sportarena.az "La Gazzetta dello Sport"a istinadən xəbər verir ki, o, "İnter"də qalmaq istəyir. Bildirilib ki, İnter" gələn mövsüm Skudetto uğrunda mübarizə aparmaq istəyir. Klub prezidenti Stiven Zhan baş məşqçi Simone İnzaqiyə işindən məmnun olduğunu bildirib . Mütəxəssis cavab olaraq hər mövqedə komandanın gücləndirilməsini istəyib.

 

İnzaqi "İnter" rəhbərliyindən Romelu Lukakunu saxlamaq üçün mümkün olan hər şeyi etməyi xahiş edib.

 

"İnter" tezliklə futbolçunun müqavilə məxsus olduğu "Çelsi" ilə görüşərək Lukakunun gələcəyini müzakirə edəcək. Parisdə “Əl-Hilal”la görüşdə futbolçunun vəkili və ya nümayəndəsi yox, vasitəçi iştirak edib. Romeluya mövsümə 25 milyon avroluq müqavilə təklif edilsə də, hücumçu Səudiyyə klubuna keçməkdən imtina edib. O, “İnter”də oynamaq istəyir və klubdan addım gözləyir.

 

Qeyd edək ki, R.Lukaku ötən mövsüm "İnter"də 25 oyunda 10 qol vurub.


Xəbər xətti