“Qəbələ” daha iki futbolçusu ilə müqaviləni yenilədi

23:43 14 İyun 2023

“Qəbələ” daha iki futbolçusu ilə müqaviləni yeniləyib.

 

Sportarena.az xəbər verir ki, Ülvi İsgəndərov və Kristof Atanqana növbəti iki mövsümdə də “qırmızı-qara” formanı geyinəcək.

 

Onlarla müqavilələrin müddəti 2025-ci ilin yayına qədər artırılıb.

 

İsgəndərov əyalət təmsilçisinin heyətində 114 oyun keçirib. Onun hesabında 19 qol var. Atanqana isə “qırmızı-qara” forma ilə 15 matça çıxıb.

 

Xatırladaq ki, “Qəbələ” bunadək dörd futbolçusu – İlkin Qırtımov, Ürfan Abbasov, Murad Musayev və Emil Səfərovla müqavilənin müddətini uzadıb.


Digər xəbərlər

Xəbər xətti