"Monako" PSJ-nin hücumçusu Romarik Etondu transfer edib.
Sportarena.az klubun saytına istinadən xəbər verir ki, 18 yaşlı futbolçu ilə 2026-cı ilin iyununa qədər müqavilə imzalanıb.
Qeyd edək ki, Etond PSJ-nin yetirməsidir. O, 2022/23 mövsümündə UEFA Gənclər Liqasının iki oyununda iştirak edib, ümumilikdə 15 dəqiqə meydanda olub və qol vurmayıb.