"Bayern" "Mançester Yunayted"in istədiyi futbolçu ilə danışıqlara başladı

12:29 15 İyun 2023

"Napoli"nin müdafiəçisi Kim Min-Je Avropanın daha bir klubunun diqqət mərkəzindədir.

 

Sportarena.az xəbər verir ki, "Bayern" cənubi koreyalı futbolçunu transfer etmək istəyir. Bu barədə "Mercato" nəşri məlumat yayıb. Münhen təmsilçisi "Mançester Yunayted"in də transfer siyahısında yer alan 26 yaşlı mərkəz müdafiəçisinin nümayəndələri ilə danışıqlara başlayıb.

 

Qeyd edək ki, "Napoli" Min Min-Jeni 2022-ci ilin yayında "Fənərbaxça"dan transfer edib. Cənubi Koreya millisinin üzvü Neapol təmsilçisinin heyətində meydana çıxdığı 45 rəsmi matçda 2 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.


Digər xəbərlər

Xəbər xətti