"Fənərbaxça" futbolçusunu Portuqaliya klubuna satdı

12:51 15 İyun 2023

"Fənərbaxça"nın futbolçusu Bruma karyerasını Portuqaliyada davam etdirəcək.

 

Sportarena.az xəbər verir ki, "sarı-lacivərtlilər" 28 yaşlı vingeri "Braqa"ya satıb. Bu barədə İstanbul təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Türkiyə klubu bu keçiddən 6,5 milyon avro gəlir əldə edib.

 

Qeyd edək ki, "Fənərbaxça" Brumanı bu ilin yanvar ayında "Braqa"ya icarəyə vermişdi. Portuqaliyalı futbolçu komandanın heyətində meydana çıxdığı 21 rəsmi matçda 4 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.


Digər xəbərlər

Xəbər xətti