Olimpiya çempionu 66 yaşında vəfat edib

09:34 15 İyun 2023

ABŞ-dan olan keçmiş yüngül atlet Harvi Qlans 66 yaşında vəfat edib.

 

Sportarena.az yerli atletika federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, məşhur idmançının ölümünə infarkt səbəb olub.

 

Qlans Dünya Kubokunun, Panamerika Oyunlarının qalibi və mükafatçısı, həmçinin, dünya çempionudur. O, Monreal-1976 Yay Olimpiya Oyunlarında 100 metr məsafəyə qaçış üzrə qızıl medalçıdır. Qlans iki dəfə dünya rekordunu (9,9 saniyə) təkrarlayıb.

 

Qeyd edək ki, daha əvvəl ABŞ-ın digər tanınmış atleti Cim Hayns dünyasını dəyişib. İkiqat olimpiya çempionu 76 yaşında vəfat edib.


Digər xəbərlər

Xəbər xətti