PSJ indi də Antuan Qrizmannı transfer etmək niyyətinə düşüb. Parislilər hücum xəttində Fransa millisinin üzvünə güvənmək istəyir.
Sportarena.az xəbər verir ki, hazırda “Atletiko”da oynayan Antuanın madridlilərlə daha bir illik müqaviləsi var. Lakin PSJ Qrizmannla razılığa gələ bilsə, onun transferi çətin olmayacaq. Çünki futbolçunun sərbəstqalma dəyəri müqaviləsində göstərilib və bu məbləğ 25 milyon avrodan çox deyil.
İş ondadır ki, hücumçu özü “Atletiko”dan ayrılmaq istəmir. Qrizmann Madriddə xoşbəxtdir və karyerasını elə bu klubda yekunlaşdırmaq niyyətindədir.