2022/23 mövsümünü icarə əsasında “Çelsi”də keçirən “Atletiko”nun forvardı Joao Feliks yayda İngiltərənin başqa klubuna keçirə bilər.
Sportarena.az “Marca” nəşrinə istinadən xəbər verir ki, “zadəganlar”ın yeni baş məşqçisi Maurisio Poçettino onu heyətdə saxlamaq fikrində deyil.
Portuqaliyalı hücumçu iş yerini dəyişmək məcburiyyətindədir. “Aston Villa” və “Vulverhempton” kimi klublar Feliksin xidmətində maraqlıdır.
Joao Feliks 2022/23 mövsümündə “Çelsi”nin heyətində 20 oyuna çıxıb və dörd qol vurub.