İspaniyanın "Valensiya" klubu baş məşqçisi Ruben Baraxa ilə müqavilənin müddətini uzadıb.
Sportarena.az "yarasalar"ın rəsmi saytına istinadən xəbər verir ki, 48 yaşlı mütəxəssisin yeni sözləşməsi 2027-ci ilin yayınadək nəzərdə tutulub.
Baraxa fevralda baş məşqçi təyin olunmuşdu.
Qeyd edək ki, "Valensiya" La Liqada başa çatan mövsümü 42 xalla 16-cı pillədə başa vurub.