Kuman xorvatlara məğlubiyyəti şərh etdi

19:25 15 İyun 2023

Niderland milli komandasının baş məşqçisi Ronald Kuman UEFA Millətlər Liqasının yarımfinalının Xorvatiya ilə matçından sonra (2:4) açıqlama verib.

 

Sportarena.az xarici KİV-ə istinadən xəbər verir ki, o, rəqibin topla daha inamlı çıxış etdiyini deyib:

“İlk hissədən razı qaldım, lakin fasilədən sonra oyuna pis başladıq. Rəqib matça nəzarəti ələ aldı. Bu, bizim üçün problemlər yaratdı. Xorvatlar uzun müddətdir ki, hazırkı heyətlə çıxış edir.

Əlimizdən gələni etdik. Futbolçularım qol epizodlarını dəyərləndirməyə çalışırdılar. Topla oyunda rəqib daha inamlı çıxış etdi. Məhz bu fərq oyun ərzində nəzərə çarpırdı”.

 

Xorvatiya yığmasının finaldakı rəqibi bu gün, saat 22:45-də baş tutacaq İspaniya – İtaliya matçından sonra məlum olacaq. Bu qarşılaşmada məğlub olan komanda üçüncülük uğrunda mübarizədə Niderlandla üz-üzə gələcək.


Digər xəbərlər

Xəbər xətti