Xorvatiya milli komandasının yarımmüdafiəçisi Mario Paşaliç UEFA Millətlər Liqasının yarımfinalının Niderlandla matçını (4:2) dəyərləndirib.
Sportarena.az xarici KİV-ə istinadən xəbər verir ki, o, qızıl medal qazanmaq istədiklərini bildirib:
“Tarixi və heyrətamiz qələbə! Bu turnirdə iştirak etdiyimizə görə özümüzlə fəxr edirik. Bizim üçün böyük uğurdur. Hər şeyə rəğmən, öncədən daha çoxunu istəyirdik. Budur, artıq finaldayıq! Təbii ki, qızıl medalı qazanmaq istəyirik.
Hesab 2:2 olanda bir az həyəcanlandıq. Həmin hesabla barışmaq istəmirdik. İnanılmaz xarakter nümayiş etdirdik və oyuna daha güclü qayıtdıq”.
Xorvatiya yığmasının finaldakı rəqibi bu gün, saat 22:45-də baş tutacaq İspaniya – İtaliya matçından sonra məlum olacaq. Bu qarşılaşmada məğlub olan kollektiv üçüncülük uğrunda mübarizədə Niderlandla üz-üzə gələcək.