Belçika mətbuatı "Brügge" və "Gent"in Konfrans Liqasının ikinci təsnifat mərhələsindəki potensial rəqibləri haqda yazı dərc edib.
Sportarena.az xəbər verir ki, "Voetbalkrant.com" portalı "Qəbələ"nin adını xüsusi qeyd edib:
"Brügge" və "Gent" Konfrans Liqasının ikinci təsnifat mərhələsində səpələnməmişlər sırasında yer alacaq. Daha əlverişli rəqiblər var. Potensial rəqiblər arasında ən güclü komandaları kimi "Lütsern" (İsveçrə), "Adana Dəmirspor" (Türkiyə), "Vorskla" (Ukrayna) və "Qəbələ"nin (Azərbaycan) adını qeyd etmək olar".
Püşkatma iyunun 21-də keçiriləcək.